Macarıstan Ukraynanın AB üzvlüyünə qarşı çıxdı

Macarıstan Ukraynanın AB-yə üzvlüyünün nəticələrini şübhə ilə qiymətləndirib.
Axar.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Kiyev AB-yə daxil olmaq üçün qanunun aliliyi və milli azlıqların hüquqlarına hörmət kimi zəruri şərtləri yerinə yetirməyib. Biz görürük ki, (Ukraynada – red.) söz və media azadlığına hörmət edilmir, seçkilər keçirilmir. Avropa Komissiyasının, Avropa institutlarının və AB-yə üzv ölkələrin bu qurumların fəaliyyəti barədə müsbət nəticə çıxarması absurd olardı”, - nazir bildirib.