Zaxarova: Ukrayna MDB çərçivəsində imzalanmış 134 müqavilədən çıxmaq istəyir

“Ukrayna MDB çərçivəsində imzalanmış 134 müqavilədən çıxmaq istəyir”.

APA-nın RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, rəsmi Kiyev artıq bununla bağlı bildiriş göndərib.

M.Zaxarovanın sözlərinə görə, Ukrayna Azad Ticarət Haqqında müqavilə də daxil olmaqla, hələ də MDB çərçivəsində imzalanmış 200-dən çox beynəlxalq razılaşmanın tərəflərindən biridir. “Ukraynanın imzaladığı müqavilələr üzrə öhdəliklərdən imtinası MDB üzvü olan ölkələr arasında əməkdaşlığa qətiyyən təsir etmir. Çünki onlardan fərqli olaraq digər üzvlər öz vətəndaşlarının rifahını düşünür və regional inteqrasiyanın bir çox sahələrdə böyük fayda verəcəyi qənaətindədir”, – M. Zaxarova belə deyib.