Türkiyə Prezidenti: “Beynəlxalq aləmdə ciddi sınaqlarla qarşı-qarşıyayıq”

“Beynəlxalq aləmdə ciddi sınaqlarla qarşı-qarşıyayıq”.
“Report” xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.
O bildirib ki, koronovirusun qlobal iqtisadiyyata təsirləri hələ də aradan qalxmayıb.
R.T.Ərdoğan xatırladıb ki, bu gün Yaxın Şərqdəki müharibənin 34-cü günüdür.
Türkiyə lideri, həmçinin həmişə demokratiyadan danışan Qərb ölkələrinin ikiüzlü davrandığını söyləyib.