Paşinyan və həyat yoldaşı Parisə gedib

Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Fransaya işgüzar səfərə gediblər.
APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyanın bu gün Fransa Prezidenti Emmanuel Makronla görüşü gözlənilir.
O, sabah Parisdə təşkil olunan 6-cı Sülh Konfransına qoşulacaq.