Astanada Tokayev-Putin danışıqları keçirilir

Rusiya Prezidenti Vladimir Putin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, dövlət başçılarının əvvəl məhdud tərkibdə görüşü olub.
Danışıqlar zamanı ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən aktual regional və beynəlxalq problemlər müzakirə olunub.
Daha sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçiriləcək.