Ermənistan və İtaliya Baş Qərargah rəisləri görüşdü

İtaliyanın Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqone Ermənistanda səfərdədir.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə naziri Suren Papikyan Ermənistanda işgüzar səfərdə olan İtaliyanın Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Onlar Ermənistan-İtaliya müdafiə əməkdaşlığını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

***
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan İrəvanda italiyalı həmkarı admiral Cüzeppe Kavo Draqone ilə görüşüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər iki ölkə arasında gələn il üçün nəzərdə tutulmuş əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.