Aİ Gürcüstana maliyyə yardımını dayandıra bilər

Avropa İttifaqı (Aİ) “Xarici təsir haqqında” qanuna görə Gürcüstana maliyyə yardımını dayandırmağı ciddi şəkildə nəzərdən keçirir.

APA-nın xəbərinə görə, bunu “Europa Press”ə müsahibəsində Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano deyib.

O bildirib ki, təmsil etdiyi qurumda Gürcüstandakı vəziyyətdən ciddi narahatdırlar və sözü gedən qanunu geriyə addım kimi dəyərləndirirlər.

P. Stano bir qədər əvvəl Aİ-nin adı çəkilən ölkəyə müdafiənin gücləndirilməsi üçün ayrılmalı olan 30 milyon avro vəsaiti blokladığını xatırladıb.

Qeyd edək ki, sözü gedən qanun avqustun 1-dən qüvvəyə minib.