Hakan Fidan Dohada HAMAS-ın yeni rəhbəri ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HAMAS rəhbərliyinə İsmayıl Haniyənin öldürülməsi ilə bağlı başsağlığı verib.

APA TRT-yə istinadən xəbər verir ki, Dohada keçirilən görüşdə HAMAS Siyasi Bürosunun rəhbəri Xalid Maşal və İsmayıl Haniyənin övladları - Əbdüssalam və Həmmam Haniyə də iştirak edib.