Gürcüstan Prezidenti hökumətdən icazəsiz Fransaya gedib

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfərə gedib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.
Zurabişvilinin 10-11 noyabr tarixlərində keçiriləcək Paris Sülh Forumunda iştirak edəcəyi qeyd olunub.
“Salome Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Prezidenti Alen Berse ilə birlikdə noyabrın 10-da böhranlar və münaqişələrə həsr edilmiş paneldə iştirak edəcək”, - məlumatda bildirilib.
Hökumət administrasiyası Prezident Zurabişvilinin Fransaya səfərinin təsdiqlənməsi üçün hökumətə müraciət etmədiyini bildirib. Sözügedən forumda Gürcüstan Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.