Dövlət Departamenti razılıq verib, Rumıniyaya "Abrams" tankları satılacaq 

ABŞ Dövlət Departamenti Rumıniyaya 2,53 milyard dollara 54 ədəd "M1A2 Abrams" tankı və detallarının mümkün satışına razılıq verib.

APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin (DSCA) bəyanatında deyilir.

Bəyanatda qeyd edildiyi kimi, müvafiq bildiriş ABŞ Konqresinə təqdim edilib. Sənəddə n göstərilir ki, ABŞ tanklarının Buxarestə mümkün satışı Rumıniyanın cari və gələcək təhdidlərə cavab vermək imkanlarını gücləndirəcək.

Eyni zamanda, Pentaqon iddia edir ki, tank satışı “bölgədəki güc balansını dəyişməyəcək”.