BMT TŞ Fələstin-İsrail münaqişəsi ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası noyabrın 10-da Fələstin-İsrail münaqişəsi ilə bağlı iclas keçirəcək.

APA xəbər verir ki, bu barədə jurnalistlərə BMT baş katibinin ofisi məlumat verib.

“Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi mövzusunda görüş yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcək" - ofisdən bildirilib.