Türkiyə Prezidenti Anıtqəbiri ziyarət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbiri ziyarət edib.

“Report”un xəbərinə görə, onu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz və Prezident Administrasiyasının üzvləri müşayiət ediblər.

Eyni zamanda CHP sədri Özgür Özəl, MHP sədri Dövlət Bağçalı, İYİ Partiyanın sədri Meral Akşener, ali məhkəmə orqanlarının rəhbərləri, siyasi partiyaların nümayəndələri və digər dövlət məmurları də Anıtqəbiri ziyarət ediblər.

Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür.

Atatürk 1881-ci ildə Selanikdə anadan olub.

Atatürk 1938-ci il noyabrın 10-da, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtqəbirə köçürülüb.