İtalyada dəhşət: Etna vulkanı yenidən aktivləşdi

İtaliyanın Siciliya adasında yerləşən Avropanın ən hündür vulkanı Etna dünən axşam saatlarında yenidən aktivləşib. 
"Sherg.az" xəbər verir ki,İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan (INGV) olunan açıqlamaya görə, vulkan təxminən 4500 metr yüksəkliyə lava və kül püskürdüb.
Adanın bir çox nöqtəsindən müşahidə edilən vulkanik fəaliyyətin Kataniya hava limanında uçuşlara təsir etmədiyi öyrənilib.
Qeyd edək ki, 3 min 357 metr hündürlüyü ilə dünyanın ən aktiv vulkanlarından biri olan Etna sonuncu dəfə avqust ayında aktivləşib. Bu zaman adanın şərqindəki Kataniya şəhərinə bütün uçuşlar müvəqqəti olaraq dayandırılmışdı.