AEBA: Zaporojye AES-in beşinci blokunda su sızması baş verib

Zaporojye AES-in beşinci enerji blokunun ilkin dövrəsinin soyutma sistemindən borat tərkibli su sızması baş verib.

APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat yayıb.

AEBA-nın saytında qeyd edilir ki, sızma ikinci soyutma dövrəsində baş verib. Orada heç bir radioaktivlik aşkar edilməyib.

Mütəxəssislər bildirirlər ki, 5 saylı reaktor blokunun buxar generatorlarından birinin ikinci dərəcəli soyuducu dövrəsində bor aşkar edilib. Bu qurğu hazırda "isti bağlanma" vəziyyətindədir.

Lakin yoxlamadan sonra məlum olub ki, ikinci soyutma dövrəsində borun miqdarı normal həddə qalır. Orada da heç bir radioaktivlik aşkar edilməyib.