2023-cü ilin “Kainat gözəli” bu qız oldu

Salvadorda keçirilmiş 72-ci beynəlxalq “Kainat gözəli” müsabiqəsinin finalının qalibi nikaraqualı 23 yaşlı Şeynnis Alondra Palasios Kornexo olub.
Axar.az xəbər verir ki, tədbir müsabiqənin Yutub kanalında yayımlanıb.
İkinci yerə isə Taylanddan olan 27 yaşlı Anntoniya Porsild layiq görülüb.
Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 2024-cü ildə Meksikada keçiriləcək.