Yəmən husiləri İsraili mülki gəmiləriə hücum edəcəkləri ilə hədələyiblər

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının nümayəndəsi Yəhya Sariya husilərin əlində olan silahların əhatə dairəsində olan İsrail mülki gəmilərinə hücum edəcəyi ilə hədələyib.
APA xəbər verir ki, bu barədə hərəkat nümayəndəsinin Telegram kanalında dərc olunmuş bəyanatında deyilir.
"Yəmən Silahlı Qüvvələri aşağıdakı növ gəmilərdən hər hansı birinə hücum edəcəklərini elan edir: İsrail şirkətlərinə məxsus olan, İsrail şirkətləri tərəfindən idarə olunan sionist qurumun bayrağı altında üzən gəmilərə” – bəyanatda bildirilir.