Qəzzadan Türkiyəyə 900 yaralı aparılır

Təxminən 900 yaralı tibbi yardım üçün bazar günü Qəzza zolağından çıxarılacaq.
Axar.az xəbər verir ki, bu barədə “Əl Hədat” telekanalı məlumat yayıb.

Məlumata görə, Qəzzadan təxliyə edilənlər əvvəlcə Misirə, sonra Türkiyəyə aparılacaq və orada müalicə olunacaqlar.

Təxliyə olunan yaralıların əksəriyyəti qadın və uşaqlardır.