Ermənistan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Ermənistan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
APA xəbər verir ki, bu barədə SputnikARM məlumat yayıb.

Məsləhətləşmələr Yeni Dehlidə Ermənistan və Hindistan xarici işlər nazirlərinin müavinləri - Mnatsakan Səfəryan və Sanjay Vermanın rəhbərliyi altında baş tutub.

Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Ermənistan-Azərbaycan əlaqələri və kommunikasiya layihələri müzakirə edilib.