ABŞ Qəzzada girovlarla bağlı razılaşmanın hələ əldə olunmadığını bildirib

ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisinin baş müavini Conatan Fayner girovların azad edilməsi ilə bağlı İsrail və HAMAS arasında danışıqlarda irəliləyiş olduğunu açıqlayıb, lakin hələlik razılaşma əldə olunmayıb.
APA xəbər verir ki, o, bu barədə ABC televiziyasına deyib.
Reklamınızı SmartBee ilə effektiv edin.
"Artıq bəzi fikir ayrılıqları azaldılıb. Mübahisəli məsələlərin bəziləri indi bağlanıb. Amma hələ işimiz bitməyib - hələ ki, heç bir razılaşma yoxdur", - o deyib.

“Bu danışıqlar açıq şəkildə çox incə mərhələyə çatıb. Biz bir neçə həftədir ki, bunu dəqiqə-dəqiqə, saat-saat izləyirik. Bu, əlbəttə ki, prezident Co Bayden də daxil olmaqla, bu administrasiyada bizim hamımız üçün inanılmaz dərəcədə yüksək prioritetdir”, - Fayner əlavə edib.