ABŞ-da atışma: 4 nəfər öldürüldü

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində baş verən atışmada 4 nəfər, o cümlədən 13 yaşlı qız həlak olub.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, hadisədə yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır.
52 yaşlı Mavis Kristian qətldə şübhəli bilinir və axtarışdadır. Polis şübhəlinin "silahlı və son dərəcə təhlükəli" olduğunu deyib.

Ölən və yaralananların kimliyi, şübhəli şəxslə əlaqəsi barədə məlumat açıqlanmayıb.