Zaxarovadan Sanduya: İttihamlar gülüncdür!

Moldova Prezidenti Maya Sandunun Rusiyanın ölkədəki seçkilərə müdaxiləsi ilə bağlı ittihamları gülməlidir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Rumıniya vətəndaşlığı olan Moldova Prezidentindən Moldova seçkilərinə müdaxilə barədə eşitmək gülməlidir. Sandu Moldovada xarici maraqlardan artığını həyata keçirə bilməz",- o bildirib.