Pişik sahibi olduğu üçün verilmiş cəza ləğv edildi

Sibir bölgəsindəki Kemerovo şəhərində, 48 yaşlı Sergey B.-yə, içkili olduğu vaxt başqa bir şəxsə hücum etməsi nəticəsində ictimai sahədə zorakılıq və icazəsiz odlu silah saxlamağı səbəbiylə cinayət açılıb. 
"Sherg.az" xəbər verir ki, məhkəmə zamanı təqsirli  ilə bağlı bütün ittihamlar doğrulanıb. Həmçinin bu ittihamlardan bəziləri ilə  təqsirlinin beş ilə qədər həbs cəzası alması ehtimal olunurdu. 
Lakin məhkəmə, təqsirlinin sağlamlıq şəraitinin pis olması, polislə əməkdaşlıq etməsi və pişik sahibi olması kimi yüngülləşdirici səbəbləri göstərərək cəzanı ləğv edib.
Rusiyanın Mash telekanalı isə Rusiya Cinayət Qanununda pişik sahibi olmaq heç vaxt yüngülləşdirici amil kimi qəbul edilmədiyini deyib.
Bildirilib ki, təqsirləndirilən şəxslər yalnız baxmalı olduqları uşaqları və ya qohumları olduqda cəzanın azaldılmasını tələb edə bilərlər.