Cənubi Koreyada Şimali Koreya üçün yazılmış şeir problem yaradıb

Cənubi Koreyada Şimali Koreya üçün yazılmış şeir problem yaradıb. 68 yaşlı Cənubi Koreya vətəndaşı Li Yoon Seop “Uriminzokkiri” saytının təşkil etdiyi müsabiqəyə Şimali Koreya rejimini tərifləyən şeirlə qatılıb. Sayta göndərdiyi "birləşmə vasitələri" şeirində Li, "Milli Təhlükəsizlik Qanunu"na əsasən, Cənubi və Şimali Koreyanın "Şimal" üslubunda birləşdiyi təqdirdə pulsuz mənzil, tibbi xidmət və təhsilin mümkün olacağını bildirib. 
"Sherg.az" bildirir ki,  Şimali Koreyanı tərifləməyi qadağan edən Seul Mərkəzi Dairə Məhkəməsi onu təqsirli bilib.

Məhkəmə qərarın daha əvvəl oxşar cinayətə görə 10 ay həbs cəzası alan Li Yoon Seopun "Şimali Koreyanı tərifləyən təbliğat hazırlamağa və yaymağa davam etdiyi" əsası ilə verildiyini açıqlayıb.

Li Yoon Seopun 2016-cı ildə Şimali Koreyada keçirilən müsabiqədə mübahisəli şeirlə mükafat qazandığı öyrənilib. 2013-cü ildə internetdə Şimali Koreya ordusunu tərifləyən şərhlər edən şəxsin sonrakı illərdə də Cənubi Koreyadakı internet saytlarında dövlət əleyhinə məzmunlu yazılar dərc etməyə davam etdiyi də bildirilib.