Yeni dünya düzəni: Qərb Rusiya üçün hansı ssenariləri yazıb?

Postsovet məkanı, orada baş verən proseslər Rusiyanın milli təhlükəsizliyi və gələcəyi üçün çox mühümdür. Bunu həm biz, həm də düşmənimiz anlayır. Son zamanlar kollektiv Qərb dağıdıcı proseslərə başlamaq və Rusiyanı prioritet maraqları zonasından çıxarmaq üçün fəaliyyətini maksimum dərəcədə gücləndirib.
Bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
“Bu baxımdan 2024-cü il hər şey baxımından taleyüklü il olacaq. Rusiya, onun müttəfiqləri və tərəfdaşları milli maraqların qorunmasında səylərini birləşdirməli və bütün sahələrdə - KTMT, MDB, Aİİ-də qarşılıqlı fəaliyyəti gücləndirməlidirlər”, - o bildirib.

Rusiyanın hazır ki vəziyyətini "Sherg.az"a dəyərləndirən  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, İkinci Qarabağ müharibəsi, sonrasında Qazaxıstanda baş verən hadisələr və Ukraynadakı münaqişələr əslində Qərb tərəfindən Rusiyaya qarşı işlənmiş ssenarinin icrası idi: 
“Aydın məsələdir ki, dünyanın yenidən dizayn olunması heçdə asan iş deyil. Xəritələr yenidən cızılır, nüfuzlar bölünür. Ona görədə bu proses həm ağrılı keçir həm də dünya siyasi sisteminə ciddi təsir edir. Baş verənlərin gedişatını izlədikdə Qərb ölkələrinin Rusiyanı blokadaya almasının şahidi oluruq. Onlar Rusiyanı dünya siyasi sistemindən təcrid etməyə çalışırlar”. 
S.Hümbətov Qərbin  Rusiyanı seçim qarşısında qoyduğunu söyləyib:
 “Qərb Rusiyaya mesaj verir ki, ya qabığına çəkilmiş bir dövlət olmalı və regional, qlobal aktiv olmaq iddasından əl çəkməlisən, yada biz səni bir formada sıradan çıxaracağıq. Bunun da ən yaxşı yolu onun possovet məkanındakı təsir və nüfuzunu yox etməkdir. Rusiya possovet məkanında güclü bir dövlət idi. Yavaş-yavaş onların imkanları tükənir. Çünki yeni-yeni konfiqurasiyalar yarandıqca possovet məkanından olan digər dövlətlərin öncülük etdiyini görürük. Rusiyada səsini çıxara bilmir. Hazırda Rusiyanın ciddi problemləri var. Kollektiv Qərbdə Kreml hakimiyyətinin çətinliklərini yaxşı bilir və yaranmış fürsəti əldən verməməyə çalışırlar. Moskva ciddi təzyiqlər altındadır. Əgər hazırki hakimiyyət ağıllı və çevik addımlar atmasa, Rusiya parçlanma təhlükəsi ilə üzləşə bilər”.