Kissincer 100 yaşında öldü

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Bildirilib ki, o, noyabrın 29-da Konnektikutdakı evində dünyasını dəyişib.
Qeyd edək ki, H.Kissincer 1973-1977-ci illərdə ABŞ-ın dövlət katibi vəzifəsini icra edib.