Putin Henri Kissincerin vəfatı ilə bağlı başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerin vəfatı ilə bağlı həyat yoldaşına başsağlığı verib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Başsağlığında Putin Kissinceri görkəmli diplomat, müdrik və uzaqgörən dövlət xadimi adlandırıb, həmçinin qeyd edib ki, onunla bir neçə dəfə görüşüb və bu barədə ən xoş xatirəsini yaddaşında saxlayacaq.
“Henri Kissincerin adı praqmatik xarici siyasət xətti ilə ayrılmaz şəkildə bağlıdır, bu, bir zamanlar beynəlxalq gərginliyin yumşaldılmasına və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edən ən mühüm Sovet-Amerika razılaşmalarının əldə olunmasına imkan yaradıb”, - deyə Rusiya prezidentinin başsağlığı məktubunda qeyd olunub.