ATƏT Bakı və İrəvana platforma təklif etdi

ATƏT sədrliyi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş dialoqu dəstəkləyib.

Axar.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Skopyedə keçirilən iclasda deyib.

"Sədrlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin əldə edilməsinə yönəlmiş siyasi prosesin davam etdirilməsini dəstəkləyir", - o bildirib.

Osmani əlavə edib ki, ATƏT konstruktiv dialoq üçün platforma təklif edir.