Rusiyada məktəbdə DƏHŞƏTLİ HADİSƏ: 8-ci sinif şagirdi 2 nəfəri öldürüb, 5 nəfəri yaralayıb

Rusiyada 8-ci sinif şagirdi məktəbə gətirdiyi odlu silahla atəş açıb. Nəticədə 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Məlumata görə, məktəbli qız daha sonra intihar edib.
Yaralanan şəxslərin üçü xəstəxanaya yerləşdirilib, onlardan biri əməliyyat olunmaqdadır. Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, digər dörd xəstənin vəziyyəti isə orta-ağır olaraq qalır.
İlkin ehtimala görə, hadisəyə səbəb sinif yoldaşları arasında münaqişə olub. Yeniyetmənin məktəbə gətirdiyi silah atasının adına qeydiyyatda olub. Hadisə ilə bağlı cinayət işi açılıb.