Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

Bu gün nizam-intizamlı, səliqəli oyun oldu.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurbanov Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini 5:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis tribunadakı azarkeşlərin onlara əlavə motivasiya verdiyini bildirib: "Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.