Aslıhan Malbora və Metin Temel'in 10 illik eşq macərası bitdi! -FOTOLAR

Akın Akınözü ilə baş rolu paylaşdığı erkən finalı olan "Yaban Çiçekleri" serialında rol alan Aslıhan Malboranın (29) 10 ildir  birlikdə olduğu mühəndis Metin Temel ilə yollarını ayırdığı məlum olub. 
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, Metin Temellə 18 yaşından sevgili olan Aslıhan Malbora zaman-zaman xoşbəxt anlarını sosial media hesabında izləyiciləri ilə bölüşürdü. 
"Her Yerde Sen", "Üç Kuruş", "Etkileyici" və "Kübra" kimi seriallarda kamera qarşısına keçən gözəl aktrisanın zamanla tükənən münasibətini 4 ay əvvəl bitirdiyi öyrənilib. 
Aslıhan Malbora Metin Temel ilə çəkdirdiyi şəkilləri sosial mediadan silib. Təməlin keçmiş sevgilisi ilə heç bir fotosunu silməməsi diqqət çəkib.