20 yaşlı qız ata qatili oldu


İspartada ata ilə qız arasında dava zamanı 20 yaşlı qız atasını sinəsindən bıçaqlayaraq öldürüb.
“Şərq” xəbər verir ki, hadisə ötən gecə İspartanın Şarkikaraağaç rayonunun Salur kəndində baş verib. Məlumata görə, D.Z. (20) ilə atası Osman Zeybek (49) arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə davaya çevrildikdən sonra D.Z. atasının döş qəfəsindən bıçaqla xəsarət yetirib.
Xəbər üzərinə bölgəyə sağlamlıq və jandarma qrupları sövq edildi. Ağır yaralanan Osman Zeybek sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Şarkikaraağaç Dövlət xəstəxanasına aparılsa da, bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Hadisədən sonra D.Z. O, nəzarətə götürülüb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.