Bu ərazilərdə qaz olmayacaq

Sabah Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Lökbatan" QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31 iyul 2024-cü il tarixində saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

İşlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.