Simge “İkardi” şüarına biganə qalmadı

Simge Harbiye Açıq Havada musiqisevərlərlə görüşüb. 
“Sherg.az” ''Milliyet"e istinadən xəbər verir ki, gecənin əvvəlindən sonuna kimi enerjisi və səhnə performansı ilə diqqət çəkən məşhur müğənni Raisa Venessanın imzası olan iki fərqli geyimi ilə diqqət çəkib. Pop ifaçısı son ifa etdiyi “Önümüz yaz” mahnısını Melih Jönlə rəqs edib. Gecənin digər sürprizi isə Simgenin Salman Tin ilə səhnədə “Yaraşıqlı” mahnısını oxuması olub.
Şəxsi həyatı ilə bağlı verdiyi açıqlamalarla gündəmdən düşməyən Simge "Sevmek Yüzünden" mahnısından əvvəl "Bizə nə oldusa ,sevgidən oldu" sözləri ilə adından söz etdirib. O, konsert zamanı pərəstişkarlarına da müjdə verib, “Albomda Yıldız Tilbe və Mabel Matiz mahnısı var, tezliklə studiyaya gedirəm” deyib.
 Simge hit olan “Aşkın Olayım” mahnısını ifa edərkən, tamaşaçılar “İcardi Icardi”deyə qışqırıblar. Simge “Bəli, İkardinin mahnısını oxuyuram” deyə cavab verib və pərəstişkarları ilə xoş dialoq qurub.