Adının açıqlanmasını istəməyən bir İsrail rəsmisi yerli mətbuata bildirib ki, sabahdan etibarən Cibaliyə qaçqın düşərgəsinin tamamilə İsrail ordusunun nəzarətinə keçəcəyini gözləyir.
Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail son bir həftədir ki, Cibaliye Qaçqınlar Düşərgəsi də daxil olmaqla əhalinin sıx məskunlaşdığı ərazilərə həm havadan, həm də artilleriya atəşi ilə hücum edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, müharibədən əvvəl bölgədə 116 min insan yaşayırdı.Əl-Cəzirə kanalının məlumatına görə, dörd saat əvvəl 100 kişi BMT-nin Cibaliyedəki məktəblərində çılpaq və əlləri arxadan bağlı olaraq İsrail ordusu tərəfindən əsir götürülüb. Küçədə aparılan axtarışlardan sonra bu şəxslər İsrailə məlum olmayan ünvana aparılıb.