Şok olay: Nəhəng pitonu diri-diri yedi

İlanların tutulduğu andaca məhv edilməsinə icazə verilir


  Nəhəng piton ilanını bir həmlədə udan timsahın görüntüləri dünya mediasının gündəmindədir. Hadisə ABŞ-nin Florida ştatında baş verib. Florida nəhəng timsahların məskəni sayılır.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, ştatın sakini Alison Joslin adlı qadın həftə sonu velosiped sürmək üçün hər zamankı kimi hazırlıq görüb və yola çıxıb. Velosiped idmanıyla məşğul olan, uzaq məsafələr qət edən Alison, yolun başlanğıcında bu mənzərəylə qarşılaşıb. Everglades Milli Parkına gələn qadın timsahın nəhəng piton ilanını diri-diri udmasına şahid olub və bunu telefonunun kamerasına çəkib. Timsah da çox nəhəngdi. Onun çənə sümüyü 4000 ton ağırlığında basınca sahibdir. Milli parkda piton ilanları da çox olur. Timsahın ilanı udmasını Alison “Evergladesdə “terror əsdirən” pitonlardan daha biri azaldı”, yazaraq görüntüləri paylaşıb. Alison nəhəng ilanı udan timsahın bu səbəbdən yorğun və halsız halda qaldığını da qeyd edib: Pitonla mübarizədə çox yorğun görünürdü”. Floridada timsahlar yerli heyvan sayılır, piton ilanları isə “gəlmə” – istilaçı hesab edilir. Amma piton ilanları zəhərsizdir və insanlara hücum etmirlər, göl heyvanları ilə qidalanırlar. Lakin piton ilanlarının bölgədə təbii heyvan artımını əngəlləməsi səbəbindən saylarının azalmasına müsbət yanaşılır. İlanların tutulduğu andaca məhv edilməsinə icazə verilir.