"Məhəmməd" Hollandiyada ən çox seçilən oğlan adları arasında ikinci yeri tutub

"Məhəmməd" 2023-cü ildə Hollandiyada körpə oğlanlara verilən adlar siyahısında ikinci yeri tutub.

"Sherg.az" xəbər verir ki, Hollandiya Sosial Təminat Təşkilatının paylaşdığı məlumatlara görə, ötən il ölkədə yeni doğulan uşaqlar üçün ən çox seçilən ad 888 ilə "Nuh", qızlar üçün isə 681 ilə "Julia" olub.
Fərqli yazılışları ilə birlikdə qiymətləndirildikdə, "Məhəmməd" oğlan uşaqlarına ən çox verilən adlar arasında siyahıda 721 ilə ikinci yeri tutub.
Qeyd edək ki, 2022-ci ildə də ikinci olan Məhəmməd adına 671 dəfə üstünlük verilib.