Blinken Türkiyəyə gəlir - Nə müzakirə olunacaq?

ABŞ dövlət katibi Antoni Blinkenin Qəzzada baş verən hadisələrlə bağlı danışmaq üçün Türkiyə və Yunanıstan da daxil olmaqla Yaxın Şərq turnesinə gedəcək. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Blinken Türkiyəyə səfəri zamanı “uzunmüddətli regional əməkdaşlığı”, o cümlədən İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesinin yekun addımlarını müzakirə edəcək.

Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken  həftə ərzində Türkiyə, Yunanıstan, İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələrdəki həmkarları ilə bir sıra kritik məsələləri müzakirə edəcək.
Miller Blinkenin "İsrailin 7 oktyabrdan sonra HƏMAS-a qarşı davam edən hərbi əməliyyatı, Qəzzəyə humanitar yardımların artırılması üçün təcili tədbirlər və qalan girovların azad edilməsi" kimi mövzularda digər ölkələrin xarici işlər nazirləri ilə fikir mübadiləsi aparacağını paylaşıb.

Metyu Miler bəyan edib ki, dövlət katibi Blinken Türkiyəyə səfəri zamanı “uzun illik regional əməkdaşlığı”, o cümlədən İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesinin yekun addımlarını müzakirə edəcək.

Dövlət Departamentinin sözçüsü Miller Blinkenin Türkiyədən sonra səfər edəcəyi Yunanıstanda Ukraynaya dəstək və regional dəniz təhlükəsizliyinin qorunmasına diqqət yetirəcəyini bildirib.

"Biz bu səfərdə hər söhbətin asan olacağını gözləmirik. Açığını deyim ki, regionun üzləşdiyi çətin məsələlər və bizi çətin seçimlər gözləyir", - Miller deyib. 

Blinkenin gələn həftə tamamlayacağı təmaslarla bu, oktyabrın 7-dən bu yana bölgəyə 4-cü səfəri olacaq.