Rusiya Qara dəniz üzərində Ukrayna raketini vurdu

Rusiya Qara dəniz üzərində Ukrayna raketini vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yerli vaxtla saat 12:30 radələrində Ukrayna ordusunun Rusiya ərazisindəki hədəflərə qarşı Neptun gəmi əleyhinə raketindən istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.
Ukrayna raketi Qara dənizin şimal-qərb hissəsində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib”, - məlumatda bildirilib.