Viktoriya Bekhem poçt markasında: Məşhur cütlüyün tarixdə daha bir iz
Yusif Sultanoğlu
13:35 05.01.2024
Dünya
476
Böyük Britaniya Birşləşmiş Krallığının bütün ərazisində əsas poçt xidmətinin icraçısı olan Royal Mail şirkəti 2024-cü ildə üzərində Viktoriya Bekhemin şəkli olan poçt markası buraxacaq.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, buna səbəb dünyaca məşhur “Spice Girls” qrupunun 30 llik yubileyidir. Bu münasibətlə də Royal Mail üzərində qrup üzvlərinin şəkli olan xatirə markalar buraxmaq niyyətundədir. Məlumdur ki, “Spice Girls” 1990-cı illərin ən sevilən, populyar musiqi qruplarından olub. 2001-ci ildə qrup fəsliyətini dayandırıb. Futbol “ulduzu”, İngiltərə milli komandasının kapitanı Devid Bekhemin həyat yoldaşı, hazırda modelliklə məşğul olan Viktoriya Bekhem də bu qrupun solisti olub. Royal Mail dünyaca ünlü qrupun 30 illiyinə xatirə poçt markası buraxmaqla qrupun adını bir aha tarixə həkk etmiş olacaq. Xəbərdə bildirilir ki, Royal Mail poçt şirkəti ilk dəfədir istehsal edəcəyi markaları yalnız qadınlara həsr edəcək. Markalarda qrupun 1997-ci ildə Brit Mükafatının təqdimetmə mərasimi zamanı çıxışı, eləcə də 2012-ci il London Olimpiya Oyunlarının bağlanış mərasimindəki çıxışından görüntülər də yer alıb. Qrupun üzvləri arasında Viktoriya Bekhemlə yanaşı Emma Bunton, Geri Halliwell-Horner, Melanie Chisholm və Melanie Brown da olub. “Spice Girls”, The Beatles, Pink Floyd, Queen, The Rolling Stones və Iron Maidenın ardınca şərəfinə marka buraxılan 6-cı qrupdur. Markalar 15 çeşiddə olacaq və yanvarın 11-dən etibarən satışa çıxarılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət