İran uranın zənginləşdirilməsi prosesini yenidən sürətləndirib.
Bunu Atom Enerjisi üzrə Benyamin Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi deyib.
O, İran rejiminin yoxlamalar aparılmasına maneələr yaratmaqda davam etdiyini bildirib:
“İran dünyada yeganə qeyri-nüvə ölkəsidir ki, uranı bu qədər yüksək səviyyədə, nüvə silahı istehsal etmək üçün lazım olan miqdarda zənginləşdirir”, - o bildirib.
Rafael Qrossinin fikirlərinə münasibət bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Sherg.az"a söyləyib ki, İranın nüvə proqramı yarandığı gündən beynəlxalq ictimaiyyət üçün qaranlıq olub:
"Eyni vaxtda zaman-zaman bu istiqamətdə İrana qarşı sanksiyalar tətbiq olunub. ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların da əsasında şəffaf olmayan nüvə proqramı dayanır. Beynəlxalq ictimaiyyət daim hesab edir ki, rəsmi Tehran atom silahı əldə etmək istəyir. Ancaq bunu əldə etmədiyini sübüt etmək üçün bu proqramda şəffaflıq tələb edib. İranın atom nüvə proqramı 1995-ci illərdən aktiv fazaya keçib. Həmin vaxtdan indiyə qədər isə bu sahədə qaranlıq məqamlar mövcuddur və beynəlxalq ictimaiyyətə məlum deyil. Ona görə də İrana qarşı müxtəlif sanksiyalar həyata keçirilir".