Kreml: Putin-Ərdoğan görüşünün razılaşdırılması davam edir

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüşün tarixi hələ müəyyən edilməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, görüşün razılaşdırılması diplomatik kanallar vasitəsilə davam edir.
"Tarixlər dəqiqləşəndə sizə məlumat verəcəyik", - deyə Kremlin sözçüsü Putinlə Ərdoğan arasında görüşün vaxtı ilə bağlı sualını cavablandırıb.