Aİ xarici işlər nazirləri İsrail və Fələstin XİN rəhbərləri ilə görüşəcək

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İsrail və Fələstin xarici işlər nazirləri ilə görüşəcək.
APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, Aİ xarici işlər nazirləri bazar ertəsi (22 yanvar - red.) İsrail, Fələstin və mühüm ərəb dövlətlərindən olan həmkarları ilə Qəzzadakı müharibə və gələcək sülh nizamlanması perspektivləri ilə bağlı bir sıra görüşlər keçirəcəklər.
Qeyd olunub ki, İsrailin xarici işlər naziri İsrael Katz və onun fələstinli həmkarı Riyad əl-Malikinin Brüssel səfərləri zamanı bir-birləri ilə görüşməsi gözlənilmir.
Ərəb ölkələrindən isə Misir, İordaniya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Brüsseldəki görüşlərə qatılacaq.