12 yaşında zirvəyə çatdı

Mərakeşli alpinist Yusuf əl-Tazi 12 yaşında Tanzaniyada 5895 metr hündürlükdə olan Kilimancaro dağının zirvəsinə qalxaraq tarixi uğur qazanıb.
"Sherg.az" xəbər verir ki əlində Mərakeş bayrağı ilə dağın zirvəsindən video paylaşan balaca alpinist , "Mən Afrika qitəsinin ən hündür dağı olan Kilimancaro dağına qalxan ən kiçik ərəb olaraq tarixi uğur qazandığım üçün qürur duyuram."  deyib.
Kilimancaro dağına dırmaşmaq həvəsinin uşaqlığından bəri davam etdiyini bildirən Mərakeşli Tazi 2023-cü ilin avqustunda Ağrı dağına çıxdığını da vurğulayıb.