- Danışığın böyük hissəsi Trampın təşəbbüsü ilə Ukrayna münaqişəsinin həllinə həsr olunub
Rusiya Prezidenti Vladimir Putin İran tərəfinin münaqişənin mümkün həlli ilə bağlı mövqeyini ABŞ Prezidenti Donald Trampa çatdırıb.
Sherg.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Putinin Trampla telefon danışığının təfərrüatları barədə jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Putin Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla iki dəfə görüşüb. Görüşlərdən birində Rusiya lideri Tramp ilə planlaşdırılan telefon danışığı barədə Pezeşkiana məlumat verib.
Kremlin sözçüsü qeyd edib ki, Putin İran prezidentinin razılığı ilə Tehranın münaqişənin mümkün həllinə dair mövqeyini Trampa çatdırıb.
Peskovun bildirdiyinə görə, telefon danışığında Ukrayna məsələsi də müzakirə olunub. Putin ABŞ tərəfinin gərginliyin azaldılmasına yönəlmiş bəzi təkliflərini anlayışla qarşılayıb. Danışığın böyük hissəsi Trampın təşəbbüsü ilə Ukrayna münaqişəsinin həllinə həsr olunub.
Qeyd edək ki, Tramp Putinlə telefon danışığından sonra görüşü “son dərəcə uğurlu” adlandırıb və Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini bildirib.