Sabah TBMM-də İsveç müzakirəsi olacaq

Yanvarın 23-də Türkiyə Böyük Millət Məclisində İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirə aparılacaq.
Axar.az xəbər verir ki, bu barədə TBMM-dən məlumat verilib.
Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu yalnız Macarıstan və Türkiyə parlamentləri ratifikasiya etməyib.