16 türkün olduğu gəmi batdı

Şanxay sahillərində Marşal adaları bayrağı altında üzən “Omeqa” gəmisi “Mirabella” adlı gəmi ilə toqquşub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, “Omeqa” gəmisi toqquşmadan sonra batıb. Gəmidə olan 21 nəfər xilas edilib. Onlardan 16-sı Türkiyə vətəndaşıdır.