Kreml Türkiyənin İsveç qərarını şərh edib

Bu, Türkiyənin suveren qərarıdır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin İsveçin NATO-ya daxil olmasına razılıq verməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu, Türkiyə parlamentinin qərarıdır. Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür, onun öz öhdəlikləri, sözügedən ittifaqdakı müttəfiqləri ilə öz danışıqlar prosesi var. Bu, Türkiyənin suveren qərarıdır”, - o bildirib.