Çində mağazada yanğın zamanı 39 nəfər ölüb

Çinin Tszyansi əyalətində mağazada baş verən yanğın zamanı 39 nəfər ölüb, 9 nəfər yaralanıb.
APA “The Paper”ə istinadən xəbər verir ki, ölənlərin sayı daha çox ola bilər.
Bir çox insanın alov tələsinə düşdüyü və xilas edilməsi üçün tədbirlər görüldüyü bildirilir.