İranın keçmiş prezidentinin seçkidə namizədliyi ləğv edilib

İranın keçmiş prezidenti Həsən Ruhani Ekspertlər Məclisinə (İranın ali dini liderini seçən orqan) keçiriləcək seçkidə namizədliyini irəli sürə bilməyəcək.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, Həsən Ruhaninin namizədliyi Nəzarət Şurası tərəfindən ləğv edilib.