ABŞ mediası: İRANLA MÜHARİBƏYƏ AZ QALDI


ABŞ və İran, İsrail və HƏMAS arasında başlayan, lakin indi demək olar ki, bütün Yaxın Şərqə yayılan münaqişənin ən mühüm aktorlarıdır. Yaxın Şərqdə başda Hizbullah və Husilər olmaqla milis qüvvələri ilə hücumlar həyata keçirən İranın indiyədək Vaşinqtonla birbaşa əlaqəsi olmayıb. 

Sherg.az xəbər verir ki, "CNN İnternational"ın təhlilində iki ölkənin artıq birbaşa müharibəyə "yaxınlaşdığı" bildirilib. ABŞ Yəmən, Suriya və İraqda İranın dəstəklədiyi qruplara hücum edib. İrana bağlı qruplar da İraq və Suriyada Amerika personalını hədəf alıb. İran  İraq, Suriya və Pakistandakı anti-İran qruplaşmalarını da vurub. Pakistan da bu hücuma cavab verib. Oktyabr ayında bölgəyə 3 nəhəng təyyarədaşıyan gəmi göndərən ABŞ ordusu bölgədəki əsgərlərinin sayını da artırıb. ABŞ mediası həmçinin mümkün müharibə vəziyyətində Vaşinqtonun bölgənin 9 ölkəsində öz əsgərlərini dərhal yerləşdirəcəyini bildirib.